PSJ-dən rəsmi addım: Məhkəmə sənədi açıqlandı
İdman
21.02.2026 10:05
PSJ klubu sabiq futbolçusu Kilian Mbappe ilə bağlı məhkəmə işi üzrə qərarın tam mətnini rəsmi saytının əsas səhifəsində yayımlayıb.
TodayPress TV xəbər verir ki, PSJ Report-un məlumatına görə, dərc olunmuş sənədlərdə klubun keçmiş oyunçu qarşısında bütün maliyyə öhdəliklərini yerinə yetirdiyi qeyd olunub.
Daha əvvəl L’Equipe yazmışdı ki, Paris təmsilçisi Mbappeyə borclu olduğu 60,9 milyon avronun 59 milyon avrosunu ödəyib. Həmçinin bildirilirdi ki, PSJ futbolçudan məhkəmə qərarının tam mətninin klubun əsas səhifəsində bir ay müddətində yerləşdirilməsi tələbini geri götürməsinə razılıq almağa çalışıb.
Klub rəhbərliyi Mbappeyə çatacaq bütün vəsaitlərin ödənildiyini israrla bildirsə də, fərqin əməkhaqqından sosial ödənişlərin tutulması ilə bağlı olduğunu açıqlayıb. Lakin məsələyə yaxın mənbələr bu versiyanı şübhə altına alıblar.
Namiq HUN
tag: PSJ,Mbappe,Məhkəmə,Qərar,Todaypress.tv,
