Premyer Liqanın assist kralı yeni müqavilə qazanır
İdman
26.05.2026 09:18
“Mançester Yunayted” klubu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeş ilə yeni müqavilə üzrə danışıqlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, İngiltərə klubunun rəhbərliyi uğurlu mövsüm keçirən futbolçunu yeni müqavilə ilə mükafatlandırmaq niyyətindədir.
Bruno Fernandeş ötən mövsüm 35 oyunda 21 məhsuldar ötürmə ilə turnirin ən yaxşı assistenti olub.
Futbolçu ilə hazırkı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl futbolçu ilə Səudiyyə Ərəbistanı və Avropanın bir sıra klublarının maraqlandığı bildirilirdi.
Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm Premier Liqa çərçivəsində keçirdiyi 35 matçda 9 qol vurub və 21 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Premyer Liqa,Mançester Yunayted,Bruno Fernandeş,Müqavilə,Todaypress.tv,
