Premyer Liqada parlayan ulduzlar: ən yaxşı 10-luq açıqlandı

İdman

13.12.2025 17:15

Premyer Liqanın 14 turundan sonra ən yaxşı futbolçuların reytinqi açıqlanıb.

TodayPress TV nüfuzlu statistik platforma "Sofascore"a istinadən yüksək performans göstərən 10 oyunçunun siyahısını təqdim edir.

Reytinq cədvəlinin lideri “Qarabağ” klubunun müdafiəçisi Toral Bayramovdur. O, 7.50 orta xal göstəricisi ilə siyahının ilk pilləsində qərarlaşıb.

“Sofascore” versiyasına görə futbol üzrə Azərbaycan Premyer Liqasında 14 turdan sonra ən yaxşı futbolçular:

Toral Bayramov (“Qarabağ”) – 7.50

Emin Mahmudov   (“Neftçi”) – 7.41

Abdullah Zubir (“Qarabağ”) – 7.41

Coy Lens Mikkels  (“Sabah”) – 7.39

Stiven Solve            (“Sabah”) – 7.34

Adriel Ba-Lua       (“Qəbələ”) – 7.29

Fernando Varqas    (“Neftçi”) – 7.26

Timoteuş Puxaç (“Sabah”) – 7.25

İmad Fərəc         (“Neftçi”) – 7.24

Sami Mmae    (“Qarabağ”) – 7.19

Namiq HUN

TodayPress TV

tag: Premyer Liqa,Oyun,Futbol,Klub,Todaypress.tv,