Premyer Liqa uğrunda pley-off cütü müəyyənləşdi

Premyer Liqa uğrunda pley-off cütü müəyyənləşdi
22.05.2026 19:02 İdman

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.

TodayPress TV xəbər verir ki, I Liqanın XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.

"Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Beləliklə, I Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər