Premyer Liqa çağırışı - Kim Min Ce üçün yeni səhifə açılır?
İdman
18.02.2026 16:47
Mərkəz müdafiəçisi Kim Min Ce “Bavariya” klubunu tərk edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçunun yaxın çevrəsinə uyğun və sərfəli təklif daxil olacağı təqdirdə, Münhen təmsilçisi onunla yolları ayırmağa hazırdır. Hazırda klub rəhbərliyinin bu məsələdə mövqeyi dəyişməz qalır.
İngiltərə Premyer Liqasının iki klubunun cənubi koreyalı müdafiəçi ilə maraqlandığı qeyd olunur. Buna baxmayaraq, 29 yaşlı futbolçunun Münhendə özünü rahat hiss etdiyi və komandadakı vəziyyətindən məmnun olduğu bildirilir.
Qeyd edək ki, Kim Min Ce cari mövsümdə bütün turnirlər daxil olmaqla 23 oyunda meydana çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Kim Min Ce,Bavariya,Klub,Futbol,Todaypress.tv,
