Postekoqludan sensasion etiraf: “Özünü böyük sayanlarla deyil, Ronaldu ilə işləmək asandır”

Postekoqludan sensasion etiraf: “Özünü böyük sayanlarla deyil, Ronaldu ilə işləmək asandır”
04.09.2026 09:21 İdman

“Əl-Nəsr” klubunun baş məşqçisi Angelos Postekoqlu komandanın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu haqqında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Təcrübəli mütəxəssis portuqaliyalı ulduzun peşəkarlığını və motivasiyasını yüksək qiymətləndirib:

“Böyük futbolçularla işləmək mənə nəsib olub. Şəxsiyyətlərindən asılı olmayaraq, onların hamısı eyni keyfiyyətlərə malikdir - hədsiz dərəcədə motivasiyalı və diqqətlidirlər. Bəziləri soruşur ki, belə oyunçularla necə yola gedirsiniz? Bu klubun keçmiş məşqçilərindən birinin də dediyi kimi, həqiqətən böyük olan futbolçularla işləmək özünü böyük hesab edənlərlə müqayisədə çox daha asandır. Çünki əsl böyük oyunçular yorulmadan çalışır, düzgün addımlar atırlar”.

Postekoqlu Ronaldunun qarşıdakı əsas hədəfini də açıqlayıb: 

“Hiss olunur ki, Ronaldu hələ də yüksək motivasiyaya və çox aydın hədəflərə sahibdir. O, karyerasında 1000-ci qolunu vurmağa çox yaxındır və bu, inanılmaz bir nailiyyət olacaq”.

Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu növbəti mövsümün onun peşəkar karyerasında sonuncu ola biləcəyini bildirmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər