Portuqaliya əfsanəsi seçim etdi: ən sevdiyi futbolçu budur!

Portuqaliya əfsanəsi seçim etdi: ən sevdiyi futbolçu budur!
10.06.2026 17:21 İdman

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Manişe yığmada oyununu izləməkdən ən çox zövq aldığı futbolçunun adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Flashscore” məlumat yayıb.

O, əvvəlcə komandanın bir sıra aparıcı oyunçularını xüsusi qeyd edib:

“Bizim dünyanın ən yaxşı qapıçılarından biri olan Dioqu Koşta var. Müdafiədə Joao Kanselu və Nunu Mendeş kimi möhtəşəm cinah oyunçularımız var. Yarımmüdafiədə isə Vitinya, Joao Neveş və Brunu Fernandeş çıxış edir”.

Bununla belə, Manişe seçim etməli olsa, Vitinyanı seçəcəyini bildirib:

“Əgər yanımda oynayacaq bir futbolçu seçməli olsaydım, bu Vitinya olardı. Mən özüm də yarımmüdafiəçi olmuşam və belə səviyyəli oyunçuların çıxışını izləməyi çox sevirəm”, – deyə o vurğulayıb.

Hazırda Vitinya DÇ-2026-da iştirak üçün Portuqaliya millisinin düşərgəsindədir. Onun komandası qrup mərhələsində DR Konqo, Özbəkistan və Kolumbiya yığmaları ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər