Polina Rəhimova “Panionios” ilə Yunanıstan kubokunu qazandı
Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Polina Rəhimovanın çıxış etdiyi “Panionios” klubu Yunanıstan kubokunun qalibi olub.
TodayPress TV “QOL.az”a istinadən xəbər verir ki, final qarşılaşmasında “Thiras”ı (3:1) məğlub edən “Panionios” kuboku qazanıb.
Qeyd edək ki. 35 yaşlı Polina Rəhimova 2025-ci ilin may ayından "Panionios"da çıxış edir.
Namiq HUN