Pit-leyndə nasazlıq: Ferstappen çətin anlar yaşadı

İdman

06.03.2026 15:00

“Red Bull” komandasının baş mühəndisi Pol Monaqan Avstraliya Qran-prisinin martin 6-da keçirilən sərbəst yürüşlərinin nəticələrini dəyərləndirib.

TodayPress TV Monaqana istinadən xəbər verir ki, bolidin balansı ümumilikdə yaxşı olsa da, ikinci sərbəst yürüş zamanı müəyyən problemlər yaranıb.

“Balans yaxşı idi, lakin ikinci məşqdə bir neçə problem ortaya çıxdı. Pit-leyndə 3 nömrəli boliddə mühərrikin elektron idarəetmə bloku nasazlıq göstərdi. Onu bərpa etdik, amma ötürməni dəyişmək mümkün olmadı. Problemi aradan qaldırdıqdan sonra avtomobili yenidən trasda gördük.

Maks Ferstappen də bir epizodda çınqıl zolağına çıxmışdı. Bununla belə, bütün bu nasazlıqlar aradan qaldırıla bilər və üçüncü sərbəst yürüşə tam hazır olacağıq”, - deyə Monaqan bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə hansı komandanın üstün olacağını demək çətindir.

“Martın 7-də kimin öndə olacağını demək çətindir və digər komandaların nə etdiyini nəzarətdə saxlaya bilmərik. Bizim edə biləcəyimiz yeganə şey boliddən maksimum nəticə çıxarmaqdır. Əsas məqsədimiz mümkün qədər çox dövrə vurmaq və sıralama turunda avtomobilin potensialını maksimum dərəcədə istifadə etməkdir”, - deyə o əlavə edib.

Namiq HUN

TodayPress TV

tag: Red Bull,Maks Ferstappen,Formula 1,Problem,Todaypress.tv,