Pioli postunu itirə bilər
İdman
03.11.2025 16:23
“Fiorentina” klubunun baş məşqçisi Stefano Pioli qovulmaq ərəfəsindədir.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə X-də məlumat yayıb.
Bildirilir ki, A Seriyasının ilk 10 turunda Florensiya təmsilçisi bir dəfə də qalib gələ bilməyib.
Stefano Pioli “Fiorentina”nın baş məşqçisi postuna 2025-ci ilin yayında təyin olunub. 2021/2022 mövsümündə “Milan”la İtaliya çempionu olan mütəxəssisin rəhbərliyi altında komanda çempionatın ilk 10 oyununda 4 heç-heçə edib, 6 dəfə isə məğlub olub. Bununla belə, komanda UEFA Konfrans Liqasının təsnifat və qrup mərhələsində 4 qələbə qazanıb.
Hazırda “Fiorentina”nın aktivində 10 oyundan sonra cəmi 4 xal var. Komanda A Seriyasında düşmə zonasındadır və turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Namiq HUN
tag: Fiorentina,Stefano Pioli,Futbol,Klub,Todaypress.tv,
