PGMOL karyeranı məhv etməkdə ittiham olunur

İdman

15.11.2025 14:59

Keçmiş FIFA hakimi və hazırda İngiltərə hakimlər korpusunun (PGMOL) rəhbəri olan Hovard Uebb məhkəmə qarşısına çıxacaq. 

TodayPress TV The Sun nəşrinə istinadən xəbər verir ki, buna səbəb təşkilatın qadın hakimlərdən birinin karyerasını məhv etməkdə ittiham olunmasıdır. 

Şikayəti qadınlar arasında Superliqa (WSL) üzrə keçmiş hakim Liza Benn verib. Məlumata görə, PGMOL onu 2023-cü ildə keçirilən kişi turniri zamanı Premyer Liqanın sabiq yan xətt hakimi Stiv Çayld tərəfindən fiziki zorakılığa məruz qaldığı və hədələndiyi barədə şikayət etdikdən sonra oyunlardan kənarlaşdırıb.

Şikayətin ardından Benn FIFA hakimləri siyahısındakı yerini və PGMOL-dan aldığı illik 20 min funt sterlinq məvacibini itirib.

Liza Benn iddia ərizəsində birbaşa ayrı-seçkiliyə, təzyiqə və ədalətsiz şəkildə işdən uzaqlaşdırılmaya görə kompensasiya tələb edir.

Hovard Uebb məhkəmədə İngiltərə hakimlər korpusunu təmsil edərək ifadə verəcək.

Namiq HUN

TodayPress TV 

tag: PGMOL,Hovard Uebb , Karyera,Şikayət,Todaypress.tv,