PFL "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdi

PFL "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdi
14.11.2025 20:10 İdman

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdirib.

Todaypress TV xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.

Todaypress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər