Pep Qvardiola tövsiyə etdi, “Siti” rəhbərliyi razılaşdı!

İdman

23.02.2026 09:35

Enzo Mareska mövsümün sonunda Pep Qvardiola komandadan ayrıldıqdan sonra “Mançester Siti”nin yeni baş məşqçisi olacaq.

TodayPress TV Topskills Sports UK insayderlərinə istinadən xəbər verir ki, klub italiyalı mütəxəssis üçün beşillik müqavilə hazırlayıb və ispan çalışdırıcının karyerası başa çatdıqdan dərhal sonra müqavilənin imzalanması planlaşdırılır. 

Bildirilir ki, məhz Qvardiola Mareskanı rəhbərliyə tövsiyə edib və onu özünün ideal varisi hesab edir.

Daha əvvəl “Çelsi” klubunun sabiq baş məşqçisi olan Mareska komandadan ayrıldıqdan sonra təzminat ödənişindən imtina etmək qərarı vermişdi.

Xatırladaq ki, məşhur insayder Fabrizio Romano da Mareskanın “Mançester Siti”də Qvardiolanın yerinə əsas namizəd olduğunu bildirmişdi.

Namiq HUN

TodayPress TV

tag: Pep Qvardiola,Mançester Siti,Enzo Mareska,Klub,Todaypress.tv,