Paralimpiya çempionu vəfat etdi
Tokio Yay Paralimpiya Oyunlarının qalibi, avstraliyalı velosipedçi Peyc Qreko 28 yaşında vəfat edib.
TodayPress TV Avstraliya Velosiped Federasiyasına istinadən xəbər verir ki, Peyc qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Peyc Qreko 2021-ci ildə keçirilən Tokio Paralimpiadasının 3 km məsafədə trek yarışınin qalibi olub. O, bu məsafə yarışda dünya rekordunu yeniləyib. Qreko, həmçinin trek və şose velosipedi yarışlarında dünya çempionu olub.
Namiq HUN