Paragüllə atıcımız Dünya Kubokunda üçüncü oldu

Paragüllə atıcımız Dünya Kubokunda üçüncü oldu
30.10.2025 16:37 İdman

Azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb. 

TodayPress TV xəbər verir ki, o, Əl-Əyn turnirində 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) adını mükafatçılar sırasına yazdırıb. 

Mundialda activini 215 xala çatdıran Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Kamran Dünya Kuboku turnirində 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da hədəf önünə çıxacaq. 

Xatırladaq ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər