Papatoma Qış Olimpiyasının slalom yarışında tarixə düşdü

İdman

18.02.2026 18:24

Azərbaycanı XXV Qış Olimpiya Oyunlarının dağ xizəyinin slalom növündə təmsil edən Anastasiya Papatoma yarışlarda növbəti enişini başa vurub.

TodayPress TV xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ikinci enişə 59-cu sırada başlayıb və 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.

Hər iki cəhdin yekununa əsasən, Anastasiya Papatoma 2:09:15 nəticə ilə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarını 51-ci yerdə tamamlayıb. Bu çıxış Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

Xatırladaq ki, idmançımız ilk enişdə 92-ci sırada başlamış və 1:01:81 saniyə nəticə göstərmişdi. Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: Anastasiya Papatoma,Milan–Kortina-2026,Olimpiya,Xizək,Todaypress.tv,