Palmer “Qarabağ”la oyuna kimi zədəsini sağaldacaq
“Çelsi” klubunun zədəli futbolçusu Koul Palmerin durumuna aydınlıq gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, qasıq nahiyyəsindəki xroniki zədədən əziyyət çəkən yarımmüdafiəçi bərpa dövrü keçir.
23 yaşlı pleymeykerin oktyabrda meydana çıxmayacağı dəqiqləşib. Onun Çempionlar Liqasında “Qarabağ”a qarşı keçiriləcək oyunadək sıraya qayıdacağı gözlənilir.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.
Namiq HUN