“Özünüzü aldatmağa davam edin!” – Con Cons dopinq iddialarını darmadağın etdi
UFC-nin iki çəkidə keçmiş çempionu 39 yaşlı amerikalı Con Cons, rusiyalı döyüşçü İslam Mahaçevin onun barəsində səsləndirdiyi dopinq ittihamlarına sərt cavab verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Cons bildirib ki, USADA onun orqanizmində maddə tapdığını qeyd etdiyi kimi, həmin maddənin idman nəticələrinə təsir etmədiyini və qəsdən qəbul edilmədiyini də təsdiqləyib.
“Unutmayaq ki, sizi nokaut ediblər, huşunuzu itirmisiniz” deyərək rəqiblərinə keçmiş məğlubiyyətlərini xatırladıb.
Daniel Kormyeyə də müraciət edən Cons, “Bunun steroidlər sayəsində olduğuna özünü inandırmağa davam et” sözləri ilə istehza edib.
Cons sözlərini “Zirvədə təkəm. İslam, ümid edirəm bir gün səni də burada, zirvədə görəcəyəm” ifadələri ilə tamamlayıb.
Maxaçev daha əvvəl Consun dopinqə görə ardıcıl 20 qələbəlik seriyasının sayılmamalı olduğunu iddia etmişdi.
Qeyd edək ki, Con Cons karyerası ərzində 3 dəfə antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.
Namiq HUN