Özbəkistan mundiala hazırdır? Kannavaro suallara aydınlıq gətirdi

Özbəkistan mundiala hazırdır? Kannavaro suallara aydınlıq gətirdi
09.06.2026 09:22 İdman

Fabio Kannavaro Özbəkistan millisinin DÇ-2026-ya hazırlığını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “uznews” məlumat yayıb.

Özbəkistan milli komandasının baş məşqçisi Fabio Kannavaro Niderlanda qarşı keçirilən yoldaşlıq oyunundan (1:2) sonra komandasının 2026 FIFA World Cup öncəsi vəziyyəti barədə danışıb. Təcrübəli mütəxəssis hazırlıq prosesindən razı qaldığını bildirib:

“Hazırlığa bir aydan çox əvvəl başlamışıq, legionerlərimiz isə komandaya bir qədər gec qoşuldular. Buna baxmayaraq, fiziki hazırlıq baxımından yaxşı iş gördüyümüzə əminəm. Əlbəttə, bəzi futbolçularla bağlı həll etməli olduğumuz müəyyən məsələlər var və bunun üzərində işləməyə davam edəcəyik”.

Qeyd edək ki, yoldaşlıq görüşündə Niderland millisi Özbəkistanı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada Niderlandın qollarını Kodi Qakpo vurub. Özbəkistanın yeganə qoluna isə İqor Sergeyev imza atıb.

Hər iki komanda DÇ-2026-da iştirak edəcək. Niderland millisi Yaponiya, Tunis və İsveçlə eyni qrupda mübarizə aparacaq. Özbəkistan isə Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər