Olimpiya kəndində epidemiya: İsveç xizəkçiləri risk altındadır

Olimpiya kəndində epidemiya: İsveç xizəkçiləri risk altındadır
20.02.2026 17:49 İdman

İsveçli xizəkçilər Frida Karlsson, Yonna Sundling və Edvin Anger XXV Qış Olimpiya Oyunlarında çıxış etdikdən sonra özlərini narahat hiss edirlər. 

TodayPress TV SVT-yə istinadən xəbər verir ki, idmançılar hazırda Olimpiya kəndində qalırlar və qarşıdakı yarışlarda iştirakları sual altındadır.

İsveç yığmasının nümayəndəsi “Expressen” nəşrinə açıqlamasında bildirib:

“Karlsson səhər saatlarında yüngül soyuqdəymə əlamətləri səbəbindən özünü yaxşı hiss etmirdi və hələlik məşqdən imtina edəcək”.

Bildirilir ki, Sundling və Anger boğaz problemlərindən əziyyət çəkirlər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər