Olimpiya çempionu diskvalifikasiya olundu
Özbəkistanlı boksçu, 2024-cü il Paris Olimpiadasının qalibi Lazizbek Mullajonov dopinq testindən keçə bilmədiyi üçün 3 il müddətinə yarışlardan kənarlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) məlumat yayıb.
Boksçudan 11 iyun 2025-ci il tarixində götürülən testdə metasteron - sintetik anabolik steroid aşkarlanıb. Preparat əzələ kütləsini və gücü artıran sintetik steroid hesab olunur.
Mullajonov səhvini etiraf etdiyinə görə, 4 il əvəzinə 3 il cəza alıb.
Namiq HUN