Olimpiadada görünməmiş rekord – Klebo dayanmadı!
İdman
21.02.2026 16:33
Norveçli xizəkçi Yohannes Klebo XXV Qış Olimpiya Oyunlarında mümkün olan altı yarışın hamısında qızıl medal qazanaraq tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, bu nəticə sayəsində o, ümumilikdə 11 qat Olimpiya çempionu olub.
Klebonun göstəricisi mütləq rekord kimi tarixə düşüb. İndiyədək heç bir idmançı bir Olimpiadada altı qızıl medal qazana bilməmişdi.
Onun 2026-cı il Olimpiadasındakı son qələbəsi 50 km klassik üslubda kütləvi start yarışında qeydə alınıb. Klebo məsafəni 2:07:07.1 nəticə ilə başa vuraraq qızıl medala sahib çıxıb.
Bundan əvvəl o, skiatlon, komanda və fərdi sprint, kişilər arasında estafet və 10 km sərbəst üslub yarışlarında da birinci olub.
Namiq HUN
tag: Yohannes Klebo,XXV Qış Olimpiya Oyunları,Qızıl,Medal,Todaypress.tv,
