Olimpiadada gərgin mübarizə: Qadınlarımız zəfər yürüşünü davam etdirir, kişilər xal itirdi!

Olimpiadada gərgin mübarizə: Qadınlarımız zəfər yürüşünü davam etdirir, kişilər xal itirdi!
21.09.2026 09:52 İdman

Özbəkistanın Səmərqənd şəhərində 11 turdan ibarət İsveçrə sistemi ilə keçirilən Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri başa çatıb.

TodayPress TV xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması bu turda Rumıniya seçməsi ilə xalları bölüşüb - 2:2. Qadın millimiz isə Serbiyaya inamla qalib gəlib - 3:1.

Rumıniya ilə matçda Rauf Məmmədov rəqibini məğlub etsə də, Şəhriyar Məmmədyarov partiyanı məğlubiyyətlə başa vurub. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə görüşlərini heç-heçə ilə yekunlaşdırıblar.

Qadınların turnirində Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanaraq komandamıza vacib xallar qazandırıblar. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə sülh bağlayıblar.

Xatırladaq ki, qadın millimiz əvvəlki turlarda Qvatemala və Danimarkanı 4:0, İsveç və İngiltərəni isə 2,5:1,5 hesabı ilə üstələyib. Kişilərdən ibarət yığmamız isə Mərakeşə (4:0), Filippin və İsveçrəyə (hər ikisi 3:1) qalib gəlib, Çexiya ilə isə bərabərə qalıb (2:2).

Bu gün Olimpiadada VI turun görüşləri keçiriləcək. Kişi komandamız Argentina ilə, qadın millimiz isə Qazaxıstanla üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər