Oktaqonda yeni müzakirə dalğası - Striklend diqqət çəkdi

Oktaqonda yeni müzakirə dalğası - Striklend diqqət çəkdi
19.02.2026 11:14 İdman

Amerikalı MMA döyüşçüsü Şon Striklend UFC-nin orta çəkidə çempionu Həmzət Çimayev ilə iddiaçı Nassurdin İmavov arasında mümkün döyüş barədə danışıb.

TodayPress TV xəbər verir ki, media günündə çıxış edən Striklend bu qarşılaşma ilə bağlı kəskin fikirlər səsləndirib. 

Bildirilib ki, ehtimal olunan ssenaridə Çimayev rəqibini yerə salaraq döyüşü parterdə nəzarətdə saxlamağa çalışacaq. 

O, həmçinin döyüşün maraqlılığı və təşkilati məsələlər barədə tənqidi fikirlər səsləndirib.

Qeyd edək ki, Həmzət Çimayev UFC-də orta çəkidə çempiondur və onun növbəti mümkün rəqibləri arasında Nassurdin İmavovun adı çəkilir.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər