Nyu-Yorkda UFC bombası? Salkilld Pimplottla döyüş istəyir

Nyu-Yorkda UFC bombası? Salkilld Pimplottla döyüş istəyir
10.09.2026 09:18 İdman

UFC-nin yüngül çəki dərəcəsində 8-ci sırada yer alan avstraliyalı Kuillan Salkilld növbəti döyüşünü keçmiş müvəqqəti UFC çempionu adına iddiaçı britaniyalı Pedi Pimplottla keçirmək istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “MMA Sucka” nəşri məlumat yayıb.

Salkilld Pimplottla Nyu-Yorkda döyüş keçirməyin möhtəşəm hadisəyə çevriləcəyini düşünür.

“Pedi ilə döyüş möhtəşəm və böyük rezonans doğuracaq hadisə olardı. Bu, epik və ideal qarşılaşma olardı. Noyabrda Nyu-Yorkda Pedi mənə qarşı – bunu hamı görmək istəyərdi”, – deyə Salkilldin bildirib.

Qeyd edək ki, 31 yaşlı avstraliyalı döyüşçünün MMA-da peşəkar rekordu 13 qələbə və 1 məğlubiyyətdən ibarətdir. Onun qələbələrinin 5-i nokautla başa çatıb. Salkilld peşəkar karyerasında debütünü 2021-ci ilin fevralında edib.

Namiq HUN

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər