Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı!

Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı!
05.06.2026 12:47 İdman

Həbib Nurməhəmmədov MMA-dan ciddi zədələr almadan ayrıldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Nurməhəmmədovun sözlərini X sosial şəbəkəsində fəaliyyət göstərən FREAK.MMA hesabı yayıb.

UFC-nin Şöhrət Zalının üzvü və yüngül çəkidə sabiq çempion Həbib  Nurməhəmmədov karyerasını sağlam vəziyyətdə başa vurmasının onun üçün böyük üstünlük olduğunu deyib.

“Döyüşlərdə heç vaxt ciddi zərbə almamışam. Həmişə yaxşı formada olmuşam, üzüm də qaydasında qalıb və qələbələrimdən zövq almışam. Bədənimə gəlincə, 100 faiz sağlam olduğumu deyə bilmərəm. Amma karyerasını başa vurarkən ciddi beyin və bədən zədələri alan digər döyüşçülərlə müqayisədə çox yaxşı vəziyyətdəyəm”, – deyə Nurməhəmmədov bildirib.

Qeyd edək ki, “Qartal” ləqəbli idmançı son döyüşünü 24 oktyabr 2020-ci ildə keçirilən UFC 254 turnirində keçirib. Həmin görüşdə onun rəqibi ABŞ təmsilçisi Castin Getji olub.

Nurməhəmmədov ikinci raundda boğucu fəndlə qalib gələrək peşəkar karyerasındakı 29-cu qələbəsini qazanıb. Döyüşdən sonra isə MMA-dan ayrıldığını açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Bütün Xəbərlər