Noyerin böyük arzusu: “Çempionlar Liqasını 3-cü dəfə qazanmaq istəyirəm!”

Noyerin böyük arzusu: “Çempionlar Liqasını 3-cü dəfə qazanmaq istəyirəm!”
09.09.2026 17:45 İdman

“Bavariya”nın qapıçısı Manuel Noyer komandasının UEFA Çempionlar Liqasındakı yeni mövsüm startı öncəsi fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bavariya”nın mətbuat xidməti “X” sosial şəbəkəsində yayıb.

“Mövsümə çatmalı olduğumuz bütün hədəfləri düşünərək başlayıram. Qazana biləcəyimiz böyük potensialımız var və karyeramı davam etdirmək qərarımın əsas səbəblərindən biri də bu idi. Şəxsən mənim üçün Çempionlar Liqasını üçüncü dəfə qazanmaq inanılmaz dərəcədə böyük məna kəsb edərdi.

Lakin indi titul haqqında çox danışmaq istəmirəm. Hazırda bütün diqqətimizi mövsümün startına yönəltmişik və bizi çətin oyunların gözlədiyini yaxşı dərk edirik”, – deyə Noyer bildirib.

Qeyd edək ki, Almaniya çempionu əsas mərhələnin I turunda Norveçin “Budyo-Qlimt” klubunu qəbul edəcək. Karşılaşma sentyabrın 10-da keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər