Novak Cokoviç: “Mənim sərvətim onların marağında olmamalıdır”
24 “Böyük Dəbilqə” titulunun qalibi, serbiyalı tennisçi Novak Cokoviç maliyyə mövzularını ictimaiyyət qarşısında müzakirə etməyi sevmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə jurnalist Pirs Morqanla “YouTube” müsahibəsində deyib:
“Mən bu haqda danışmağı xoşlamıram. Mənim sərvətim bir milyon dollardan çoxdur. Amma komandamla birlikdə Forbes-ə maliyyə vəziyyətim və investisiyalarım barədə məlumat vermək istəmirik. Nəyə görə verməliyik ki? Bu, onların işi deyil. Bəzi məlumatlar açıqdır — məsələn, mükafatlar və müqavilələr. Amma qalanı yox”.
Qeyd edək ki, Novak Cokoviç karyerası ərzində 191 milyon dollar mükafat qazanıb. Bu, tennis tarixində ən yüksək göstəricidir.
Namiq HUN