Norveç millisinin baş məşqçisindən diqqətçəkən etiraf

Norveç millisinin baş məşqçisindən diqqətçəkən etiraf
12.06.2026 09:41 İdman

Norveç millisinin baş məşqçisi Stole Solbakken ABŞ-də keçirilən dünya çempionatı zamanı yaşanan qalmaqallarla bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, daha əvvəl somalili hakim Omar Abdulkadir Artanın ABŞ-yə girişinə icazə verilməyib.

Həmçinin İraq millisinin futbolçusu Aymen Hüseyn ölkəyə daxil olmaq üçün icazə almadan əvvəl Çikaqo hava limanında yeddi saat saxlanılıb.

Solbakken mətbuat konfransında bu hadisələri şərh edərkən bildirib ki, bir çox məsələlər fərqli şəkildə həll oluna bilərdi:

“Hamımız razılaşa bilərik ki, çox şey başqa cür ola bilərdi. Amma hamımız ikiüzlüyük. Siz də ikiüzlüsünüz, biz də ikiüzlüyük. Bunları başqa cür etmək mümkün idi.

Hazırda burada dünya çempionatı keçirilir və biz futbol oynamaq üçün gəlmişik. Danışa biləcəyimiz çox başqa mövzular da var, mənim də danışmaq istədiyim çox məsələ mövcuddur. Bəzi hallarda hadisələrə fərqli yanaşmaq olardı”.

Jurnalist onun konkret olaraq nəyi nəzərdə tutduğunu soruşduqda, norveçli mütəxəssis belə cavab verib:

“Mən çox şeyi nəzərdə tuturam. Hər şeyi – ev sahibi ölkənin başqa bir ölkə ilə müharibəsindən tutmuş, sizin indi qaldırdığınız kimi problemlərə qədər”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər