Norrisdən qalmaqallı sözlər: ““Formula-1” dəlilər üçündür!”
İdman
16.02.2026 16:59
“Formula-1” üzrə dünya çempionu, “McLaren” komandasının pilotu Lando Norris komandaların yanacaq yüklənməsi ilə bağlı strategiyaları haqqında danışıb.
TodayPress TV xəbər verir ki, o, bildirib ki, uzun bölmələr zamanı bolidin yanacaq çəni dolu olur və bu halda hansısa üstünlüyü gizlətmək çətindir.
Norris deyib:
“Uzun məsafələr gedəndə tam dolu bakla sürürsən, ona görə də çox şeyi gizlətmək mümkün deyil. “Formula-1”i həddən artıq mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Bəzən insanlar o qədər də ağıllı deyil. “Formula-1” sürücülük baxımından sadədir, qalan hər şey isə ağıllılar üçündür. Sadə insanlar sürür. Mən digər pilotlarla çox ünsiyyətdə olmuram. Əminəm ki, Avstraliyada pilotlar birinci döngəyə doğru uçacaq, sonra isə artıq mən sürəcəyəm”.
Qeyd edək ki, mövsümün startında komandalar turbin işləmə xüsusiyyətlərinə görə problemlərlə qarşılaşa bilər.
Namiq HUN
tag: Lando Norris,McLaren,Formula 1,Yarış,Todaypress.tv,
