Nigeriyadan Azərbaycana: gənc futbolçular seleksiya siyahısında

İdman

05.01.2026 16:56

“Qarabağ” Futbol Klubunun akademiyasının koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi futbolçular menecerlər vasitəsilə Azərbaycanın digər klublarına da təklif edilə bilər.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, bu barədə Aftandil Hacıyev özü açıqlama verib.

O, “OBASA Oyunları 2025” turniri çərçivəsində Nigeriyaya etdikləri səfərlə bağlı fikirlərini bölüşüb:

“Dəvət onlardan gəlmişdi. Səfərin əsas məqsədi istedadlı gənc futbolçuları izləmək və təhlil etmək, yerli məşqçilərlə görüşlər keçirmək, həmçinin ‘Qarabağ’ haqqında ümumi məlumat vermək idi. Həm akademiya, həm də əsas komanda barədə danışdıq. Məşqçilərlə görüşlər keçirdik. Orada seleksiya xarakterli oyunlar təşkil edildi”.

Aftandil Hacıyev bildirib ki, səfər çərçivəsində 14 komandada təxminən 400 futbolçu izlənilib:

“Əsasən 18 yaşlı oyunçular idi. Aralarından 8 nəfəri xüsusi qeyd etdik. Gələcəkdə onlarla bağlı müzakirələr aparacağıq. Həm akademiyaya, həm də menecerlər vasitəsilə Azərbaycanın digər komandalarına təklif oluna bilərlər”.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Aftandil Hacıyev,Klub,Futbol,Todaypress.tv,