Niderlandlı mütəxəssis sabiq klubundan imtina etdi

Niderlandlı mütəxəssis sabiq klubundan imtina etdi
12.11.2025 16:55 İdman

Erik ten Haq yenidən “Ayaks” klubuna baş məşqçi kimi qayıtmaqdan imtina edib.

TodayPress TV “De Telegraaf”a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Amsterdam təmsilçisinin təklifini qəbul etməyib. 

Ona qədər klubun sabiq idman direktoru Mark Overmars da “Ayaks”a qayıtmaq istəməyib.

Xatırladaq ki, Erik ten Haq 2017-2022-ci illər aralığında “Ayaks” klubuna rəhbərlik edib. Komanda onun rəhbərliyi altında üç dəfə Niderland çempionu olub. 

Qeyd edək ki, “Qarabağ” “Ayaks”I dekabrın 6-da, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda qəbul edəcək. 

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər