Neymar yenidən zədələndi: Meydanlardan nə qədər uzaq qalacaq?

Neymar yenidən zədələndi: Meydanlardan nə qədər uzaq qalacaq?
05.09.2026 11:41 İdman

“Santos”un ulduz futbolçusu Neymar ciddi zədə alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Sports.ru" məlumat yayıb.

34 yaşlı hücumçunun sağ budunun düz əzələsində 2B tipli əzələ zədəsi aşkarlanıb.

Zədə Braziliya Kubokunun 1/4 final mərhələsində “Palmeiras”la keçirilən və 0:0 hesabı ilə başa çatan cavab oyununda baş verib. Neymar budunda ağrı hiss etdikdən sonra ilk hissənin sonunda əvəzlənib.

Müayinədən sonra futbolçunun 4-8 həftə ərzində bərpa olunacağı bildirilib. Neymar hazırda “Santos”un tibbi heyətinin nəzarəti altında müalicə və reabilitasiya keçir.

Qeyd edək ki, “Palmeiras” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən yarımfinala yüksəlib.

Neymar bu mövsüm zədələnənədək “Santos”un heyətində bütün turnirlərdə 24 matçda iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər