Neymar yenidən Braziliya millisində – böyük dönüş yaxınlaşır

Neymar yenidən Braziliya millisində – böyük dönüş yaxınlaşır
05.03.2026 15:46 İdman

Neymarın mart ayının sonunda keçiriləcək yoldaşlıq oyunları üçün Braziliya yığma komandasına dəvət olunacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, Braziliya yığması martın 26-da Fransa millisi, beş gün sonra isə Xorvatiya komandası ilə qarşılaşacaq.

Məlumata görə, “Real Madrid” klubunun hücumçusu Rodriqonun dizindən aldığı ağır zədə səbəbindən uzun müddətə sıradan çıxması və dünya çempionatını qaçıracağının dəqiqləşməsi baş məşqçi Karlo Ançelottini hücum xəttindəki boşluğu Neymarla doldurmağı düşünməyə vadar edib.

Hazırda Braziliyanın “Santos” klubunda çıxış edən futbolçu fiziki formasını bərpa edib və son oyunlarda vurduğu qollarla diqqət çəkir.

Qeyd edək ki, daha əvvəl Rodryqo açıqlamasında Neymarın milli komanda üçün çox vacib oyunçu olduğunu bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər