Neymar Pelenin brendinə sahib oldu
“Santos”klubunun hücumçusu Neymar Braziliya futbolunun əfsanəsi, 3 qat dünya çempionu Peleyə məxsus brendin hüquqlarını alıb.
TodayPress TV xəbər verir ki, satınalma Neymarın atasına məxsus şirkət tərəfindən edilib.
Pelenin təsvirlərinin, tarixi arxivlərinin və kommersiya hüquqlarının sahibi olmaq üçün şirkət 18 milyon dollar ödəyib.
Namiq HUN