Neymar karyerasını “Santos”da davam etdirəcək

Neymar karyerasını “Santos”da davam etdirəcək
17.05.2025 10:47 İdman

Braziliyalı ulduz futbolçu Neymar mövsümün sonunda “Santos”la başa çatan müqaviləsini uzadacaq.   

TodayPress TV xəbər verir ki, bu barədə TNT Sports Brasil məlumat yayıb. 

33 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Tərəflərin razılığı ilə müqavilə daha bir il müddətinə uzadılacaq.  Neymar “Santos”un yetirməsidir.

O, bu ilin yanvar ayında peşəkar karyerasına başladığı kluba geri qayıdıb.

Geri dönüşündən bəri Neymar komanda ilə 9 matça çıxıb və 3 qol vurub. 

Qeyd edək ki, Neymar karyerası ərzində həmçinin “Barselona”, PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarında çıxış edib.

O, “Barselona”nın heyətində UEFA Çempionlar Liqasını qazanıb.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər