Neymar Braziliya millisinin məşqini buraxıb
Neymar 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində Braziliya millisinin ilk məşqini buraxıb.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, ulduz futbolçu hazırda baldırındakı əzələsinə görə müalicə alır.
Hücumçunun mundialda oynayıb-oynamayacağı həkimlərin yekun rəyindən asılı olacaq.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.