Neymar: 3,5 ay sonra qol, amma səhv penaltiyə səbəb oldu

İdman

20.11.2025 10:40

“Santus” klubunun hücumçusu Neymar Braziliya A Seriyasının XXXIV turunda “Mirasol”la matçda qol vurub. 

TodayPress TV xəbər verir ki, o, zədədən sonra ilk dəfə fərqləndb. 

“Ağ-qaralar”ın forvardı matçın 4-cü dəqiqəsində hesabı açaraq “Santus”u önə keçirib. Bu qol Neymarın son üç ay yarımda vurduğu ilk qol olub. O, sonuncu dəfə XVIII turda “Juventude” ilə oyunda dubla imza atıb (3:1). Sentyabrın ortalarında ulduz futbolçu arxa bud əzələsinin zədəsinə görə çempionatın 7 oyununu buraxıb.

“Mirasol” hesabı ikinci hissənin əvvəlində bərabərləşdirib. Neymar öz cərimə meydançasında qaydanı pozub və rəqib müdafiəçi Reynaldo 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabda tarazlığı bərpa edib 1:1.

Qeyd edək ki, Neymar “Santus” klubunun yetirməsidir. O, 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan qayıdıb. 33 yaşlı vinger son bir ildə 27 matça çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

tag: Neymar,Santos,Qol,Penaltı,Todaypress.tv,