Nəriman Axundzadə ABŞ-yə getdi: “Columbus Crew”a qoşulur
“Qarabağ” klubundan ayrılan Nəriman Axundzadə artıq ABŞ-dədir.
TodayPress TV xəbər verir ki, MLS təmsilçisi “Kolambus Kru” ilə (“Columbus Crew”) müqavilə bağlayan 21 yaşlı hücumçu viza məsələsini həll edərək ABŞ-yə gedib.
Forvard tezliklə yeni klubunun düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, Azərbaycan yığma komandasının üzvü fevralın əvvəlində Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqavilə imzalayıb.
Namiq HUN