Nepomnyaşi: “Futbolda hər şey mümkündür”

İdman

05.11.2025 17:15

Rusiyalı məşqçi Valeri Nepomnyaşi Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu ərəfəsində fikirlərini bölüşüb. 

TodayPress TV Championat.com-a istinadən xəbər verir ki, rusiyalı məşqçi “Qarabağ”ın “Çelsi” ilə oyunda heç-heçə edə biləcəyini bildirib:

“Heyət baxımından “Çelsi” üstün olsa da, Azərbaycan təmsilçisi oyunda layiqli çıxış göstərə bilər. “Çelsi” ilə matçın necə başa çatacağını maraqla izləyəcəyik. Onlar heyət baxımından geridə olsalar da, meydanda hamını işə qoşa bilirlər. Futbolda hər şey mümkündür. Hər halda, “Qarabağ” heç olmasa, heç-heçə qazana bilər. Bu mərhələdə çox gözlənilməz məqamlar olur.”

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Valeri Nepomnyaşi,ÇL,Qarabağ,Çelsi,Todaypress.tv,