"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu

"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu
08.01.2026 02:44 İdman

Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub.

TodayPress TV kluba istinadən xəbər verir ki, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər.

Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində "Nazilli Belediyyespor", "Bucaspor", "Karşıyaka", "Altınordu", "Trabzonspor" və "İkas Eyüpspor" klublarında çalışıb.

32 yaşlı Fuad Əsədov isə əvvəllər "Neftçi" Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandamızda çalışıb. O, "Rəvan" (U-19) və "Səbail" klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarımızda da işləyib.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər