“Neftçi”nin əbədi seriyası sona çatdı

“Neftçi”nin əbədi seriyası sona çatdı
03.12.2025 11:49 İdman

“Neftçi” klubu tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.

TodayPress TV PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi” 33 il sonra bu mərhələdə dayanıb.

1992-ci ildən keçirilən turnirin əvvəlki mövsümlərində səkkiz klub sırasına düşən “ağ-qaralar” bu dəfə seriyanın davamını gətirə bilməyiblər. 

“Neftçi” “Zirə” ilə qarşılaşmayadək həm turnirin bütün mövsümlərində iştirak edən, həm də daim 1/4 finala yüksələn yeganə komanda idi. Paytaxt təmsilçisi “Zirə” ilə matçın əlavə vaxtında uduzub - 0:1.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər