"Neftçi"nin 3x3 basketbol komandası yarımfinalda məğlub oldu - YENİLƏNDİ
İdman
08.05.2026 14:40
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ yığmasına uduzub.
Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
***
12:35
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib - 21:11.
"Ağ-qaralar" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.
tag: Neftçi,basketbol,3x3,yarımfinal,Todaypress.tv,
