“Neftçi” yetirməsini geri qaytardı
“Neftçi” klubu yeni mövsüm üçün ilk transferini edib.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” Rüfət Abbasovu heyətinə qatıb.
21 yaşlı sol cinah müdafiəçisi ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. O, 2015-ci ildə klubun aşağı yaş qrupuna qoşulub və 2021/22-ci illər mövsümündə əsas komandaya cəlb olunub.
Abbasov son iki mövsümü “Şamaxı” klubunda keçirib. Rüfət, həmçinin Azərbaycanın U-21 millisinin heyətində 17 oyunda forma geyinib və əsas komandaya da dəvət alıb.
Namiq HUN