“Neftçi” qələbə həsrətinə son qoydu - Rəqibini çətinliklə keçdi

“Neftçi” qələbə həsrətinə son qoydu - Rəqibini çətinliklə keçdi
07.11.2026 01:03 İdman

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turunda “Neftçi” ilk qələbəsini əldə edib.

TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada paytaxt təmsilçisi “Murov Az Terminal”ı 3:2 hesabı ilə məğlub edib.

Görüşə daha yaxşı başlayan “Murov Az Terminal” ilk seti 25:21 hesabı ilə qazanıb. “Neftçi” ikinci hissədə 25:21 hesabı ilə üstün olsa da, rəqibi üçüncü setdə yenidən önə keçib - 25:22.

Dördüncü setdə təşəbbüsü ələ alan “Neftçi” 25:12 hesablı qələbə ilə tarazlığı bərpa edib. Həlledici beşinci setdə də üstün olan paytaxt klubu 15:11 hesabı ilə qalib gələrək görüşü öz xeyrinə başa vurub.

Beləliklə, ilk iki qarşılaşmasında məğlub olan “Neftçi” mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun digər oyununda “Xilasedici” “Gənclər”i 3:0 hesabı ilə məğlub edib. Noyabrın 4-də isə “Ordu” “Azərrail” üzərində eyni hesabla qələbə qazanıb.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər