Sudandxa nə baş verir? - Yüzlərlə PUA aşkarlandı

Sudandxa nə baş verir? - Yüzlərlə PUA aşkarlandı
06.11.2026 22:14 Dünya

Sudan hərbçiləri son iki ay ərzində 180-dən çox pilotsuz uçuş aparatı (PUA) aşkarlayıblar, onların əksəriyyətini ələ keçirmək və məhv etmək mümkün olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Sudan Tribune” hərbi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, xüsusi bölmələr pilotsuz uçuş aparatlarının hərəkətini izləyir və onları vururlar, lakin bəzi PUA-lar hava hücumundan müdafiə sistemlərini keçərək nəzərdə tutulan hədəflərə çatmağa nail olur.

Portalın məlumatına görə, təkcə son bir həftə ərzində ölkənin bir neçə ştatında 19-dan çox elektrik stansiyası hücuma məruz qalıb. Bunların arasında Omdurman şəhərindəki Əl-Mərhiyat elektrik stansiyası da var. Pilotsuz uçuş aparatları, həmçinin Cənubi Darfurda yerləşən Nyala şəhərinin bazarı da daxil olmaqla, altı bazara hücum edib. Zərbələrin əsas hədəfləri elektrik və su təchizatı obyektləri, eləcə də yanacaq anbarlarıdır.

Nəticədə bəzi ştatlarda elektrik enerjisi və su təchizatında fasilələr yaranıb ki, bu da xəstəxanaların fəaliyyətini ciddi şəkildə çətinləşdirib. Yanacaq çatışmazlığı səbəbindən humanitar yardım daşıyan yüzlərlə yük maşını hərəkətini davam etdirə bilmir. İnfrastruktur obyektlərinə zərbələr kənd təsərrüfatı sektoruna da mənfi təsir göstərib.

BMT-nin Sudandakı humanitar məsələlər üzrə koordinatoru Deniz Braun bildirib ki, enerji infrastrukturuna endirilən zərbələr milyonlarla dinc sakin üçün birbaşa təhlükə yaradır. O, elektrik və yanacaq təchizatı obyektlərinin sistemli şəkildə məhv edilməsinin yolverilməz olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti münaqişənin gərginliyinin azaldılması üçün tədbirlər görməyə çağırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər