Rezai Putinlə də “barmaqla” görüşdü, cavabı… - VİDEO
Rusiya Prezidenti Vladimir Putinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə salamlaşması medianın diqqətindən yayınmayıb.
TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, Rezai Kreml rəhbərinin də “barmaqlarını tutmaqla” salamlaşmağa çalışıb.
Lakin Putin digər əli ilə Rezainin qolundan yapışaraq, onu əlini açmağa vadar edib, daha sonra isə normal əl sıxıb.
Qeyd edək ki, sentyabrın 29-da Möhsün Rezainin Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin əlini sıxma “tərzi” ciddi reaksiyalar doğurmuşdu.