Tramp: “Mən İranı dayandırdım, İsraili xilas etdim”

Tramp: “Mən İranı dayandırdım, İsraili xilas etdim”
06.11.2026 22:45 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla İsraili və bütövlükdə Yaxın Şərqi mümkün məhvolmadan xilas etdiyini iddia edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almasaydı, hazırda İsrail və Yaxın Şərq mövcud olmaya bilərdi.

“Bu barədə heç kim danışmaq istəmir, amma hamı bunun həqiqət olduğunu bilir”, – deyə ABŞ lideri vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər