“Omid” əməkdaşının döyülmə anından - VİDEO

“Omid” əməkdaşının döyülmə anından - VİDEO
06.11.2026 21:02 Hadisə

Gəncədə fəaliyyət göstərən "Omid Gəncə-3" mağazasında müdirin döyülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

TodayPress TV xəbər verir ki, iddialara görə, şəbəkə rəhbərliyi mağazanın müdirini satışdan əldə olunan vəsaitləri mənimsəməkdə ittiham edib.

Onlar mağaza müdirini döyərək, müxtəlif vasitələrlə hədələyiblər.

Qeyd edək ki, "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs ediliblər. Onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər