Polşada daxili böhran: Məhkəmə sədri həbs edilə bilər
Polşa Konstitusiya Məhkəməsinin hakimlərinin ümumi iclasında noyabrın 17-də qurumun sədri Boqdan Svençkovskinin toxunulmazlığının ləğvi məsələsi müzakirə oluna bilər.
TodayPress TV xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məhkəmə sədri vəzifəsini müvəqqəti icra edən hakim Anna Korvin-Petrovskaya noyabrın 17-nə hakimlərin ümumi iclasını çağırıb. İclasda baş prokurorun Boqdan Svençkovski və məhkəmə sədrinin müavini Bartlomey Soxanskinin toxunulmazlığının ləğvi ilə bağlı vəsatətlərinə baxılacaq.
Qeyd edək ki, noyabrın 6-da Polşa Ali Məhkəməsi Svençkovski və onun müavininin hakim vəzifələrindən kənarlaşdırılmaları ilə bağlı qərarlara qarşı şikayətlərini rədd edib.
Aysel Mətləb